İstirahət günü hava yağmursuz olacaq

İstirahət günü hava yağmursuz olacaq

İstirahət günü hava yağmursuz olacaq. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 20-24°, gündüz 27-32° isti olacaq.

Bakıda gecə 21-23°, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 25-26° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 9-14°, gündüz 17-22° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 18-23°, gündüz 25-30° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,Quba-Qusar-Xaçmaz rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Temperatur gecə 13-18, gündüz 23-28° isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 19-24°, gündüz 29-34° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 19-24° isti, gündüz 26-31° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

QEYD: Bakıda və Abşeron yarımadasında avqustun 4-də axşam, 5-də şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə 23-28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə