Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Qubada "Mədəniyyətlərarası Əlaqələrin İnkişafında Azərbaycan Təcrübəsi" mövzusunda beynəlxalq elmi-təcrübi konfrans keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, iki gün davam edəcək konfransda, azsaylı xalqlar arasında mədəni münasibətlərin möhkəmləndirilməsi, dini tolerantlıq sahəsində Azərbaycanda əldə edilən nailiyyətlər öyrəniləcək.
Qubada təşkil edilən "Mədəniyyətlərarası Əlaqələrin İnkişafında Azərbaycan Təcrübəsi" adlı beynəlxalq elmi konfransda Azərbaycan, Rusiya, İsrail və Amerikadan olan mədəniyyətşunas alimlər elm və incəsənət xadimləri, eləcə də ölkəmizdə yaşayan azsaylı xalqların dini və mədəni mərkəzlərinin rəhbərləri iştirak edib. Dağ yəhudilərinin Moskvada fəaliyyət göstərən "STMEGİ" mədəniyyət mərkəzinin təşəbbüsü ilə təşkil olunan 2 günlük konfransın əsas məqsədi ayrı-ayrı xalqlar arasındakı dostluq əlaqələrinin, həmçinin mədəni münasibətlərin daha da möhkəmləndirilməsidir. Konfrans iştirakçıları mədəniyyətlərarası münasibətlərin qurulması və müxtəlif xalqlar arasında qarşılıqlı milli-mədəni əlaqələrin yaradılması sahəsində Azərbaycanın böyük təcrübə qazandığını, bu nailiyyətin əldə edilməsində isə Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olduğunu bildiriblər.
Konfaransda iştirak edən azərbaycanlı millət vəkilləri, AYB-nin sədri xalq yazıçısı Anar, eləcə də Rusiya, İsrail və Amerikadan olan alimlər xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən danışıblar. Konfrans iştirakçıları həmçinin Azərbaycanda dini tolerantlığın bariz nümunələrindən sayılan dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə ilə də tanış olacaqlar. Konfransın materialları çap olunaraq iştirakçı ölkələrdə yayılacaq.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB