Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sabir Şahtaxtının şerlər toplusundan və tarixi, sənədli məqalələrdən ibarət "Tanrı sevgisi" və "Azərbaycan: təqvimdə dörd qara gün" adlı kitabları işıq üzü görüb. "Tanrı sevgisi" kitabı ədibin dostu pinəçi olan Əsgərin xatirəsinə həsr edilib. Şairin bu kitabda toplanan poema və şerlərində bir sıra məsələlər-müəllifin daxili aləmi, fəlsəfi düşüncələri, dini dünyagörüşü və həyata yanaşma tərzi yer tapıb və obrazlı şəkildə oxucuya çatdırılıb.
"Azərbaycan: təqvimdə dörd qara gün" kitabının elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Elman Nəsirovdur. Üç fəsildən ibarət olan bu kitabda publisist 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından, 1990-cı ildə XI Qızıl Ordunun xalqımıza yaşatdığı faciədən və 1992-ci ildə baş vermiş "əsrin faciəsi" hesab olunan Xocalı soyqırımından bəhs edib.
Qeyd edək ki, S.Şaxtaxtı həm də AzərTAc-ın və AzTv-nin İrandakı rəsmi nümayəndəsidir. On dörd kitabın, yüzlərlə elmi oçerklərin müəllifidir. Əsərləri ingilis, rus və fars dillərinə tərcümə olunub, Rusiya, İran və Ukraynada nəşr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB