Aşıq Şəmşirin anadan olmasından 120 il ötür

Aşıq Şəmşirin anadan olmasından 120 il ötür

Bu gün dünyanın irsi sayılan və Heydər Əliyev Fondunun fədakar təşəbbüsü ilə YUNESKO tərəfindən qorunan aşıq sənətinə dövlətimizin yüksək qayğısı və diqqəti vardır. Aşıq sənəti və bu sənəti yaşadan insanlar daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulub. Onlara hər zaman böyük diqqət göstərilib, yaradıcılıqları dəyərləndirilib.

Bu il Azərbaycanın ustad aşığı Aşıq Şəmşirin anadan olmasından 120 il ötür. Geridə qalmış müddətdə sənətkarın irsi daha geniş şəkildə işıqlandırılaraq oxucuların diqqətinə çatdırılıb. Hazırda Azərbaycan mədəniyyətinin gənc nəslə aşılanması istiqamətində fəaliyyət göstərən ustad sənətkarın adını daşıyan "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi Dədə Şəmşirin 120 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil edir. 2013-cü ilin əvvəlindən başlayaraq bir neçə dəfə sənətkarın irsinin araşdırılması ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil olunub, konfranslar keçirilib. Tədbirlərdə Aşıq Şəmşirin sənətinə yüksək dəyər verən insanlar, ziyalılar, Aşıq Şəmşir yaradıcılığının araşdırması ilə məşğul olan alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi növbəti yubiley tədbirini Mingəçevir şəhərində keçirəcək. Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin və "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin birgə keçirdiyi bu tədbirdə rayon rəsmiləri, İctimai Birliyinin nümayəndələri, gənc yazarlar, saz-söz adamları iştirak edib. Aşıq Şəmşirin şeirləri səsləndirilib, nəğmələri ifa edilib. Aşıq Şəmşir haqqında viderolik göstərilib. İsmayıl İmanzadə AYB Mingəçevir bölməsinin sədri tədbirin aparıcısı kimi tədbir haqqında geniş məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə