"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyilə əvəz olunacaq, axşam arabir güclənəcək". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, havanın temperaturunun gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı ehtimal olunur.
Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyini deyən baş hidroloqun sözlərinə görə, gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir: "Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-29 dərəcə, gündüz 33-39 dərəcə, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB