“Aşıq Şəmşir” Mədəniyyət Ocağı tədbir keçirib FOTOLAR

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı tədbir keçirib FOTOLAR

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi mütəmadi olaraq Azərbaycan tarixində baş verən önəmli hadisələrlə, günlərlə bağlı tədbirlər təşkil edir. SİA-nın verdiyi məlumata görə, belə tədbirlərdən növbəti biri 15 İyun Milli Qurtuluş gününə həsr edilib.

Bu münasibətlə İctimai Birlik Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə və Qurtuluşumuzun 20 illiyinə həsr edilmiş "Heydər Əliyev və Azərbaycan Nitq Mədəniyyəti" kitabının təqdimat mərasimini keçirib.

Kitabıda Ulu Öndərin nitqləri kompleks şəkildə araşdırılıb. İlk dəfə olaraq Heydər Əliyevin nitqində məntiqi ardıcıllıq fəlsəfi nitqlər, poetik duyğular monoqrafiyada geniş əksini tapıb. Eləcə də Heydər Əliyevin nitqində üslublar geniş tədqiqat obyekti olub. Bir sıra nitq elementləri qətiyyət, səmimiyyət, nikbinlik, proqnozlar müəllif tərəfindən kompleks şəkildə öyrənilib. Kitabın müəllifi, Tibb Unveistetinin dosenti, Tibb elimləri üzrə Fəlsəfə doktoru, Azərbaycan Jurnailstlər birliyinin üzvü Nağdəli Taptıq oğlu Zamanovdur. Kitabın elmi redaktoru Nəsimi adına dilçilik inistutunun direktor müavini, professor, filologiya elimləri doktoru Məsud Mahmudov, rəycilər, professor Nadir Məmmədli, filologiya elimləri doktoru İlham Tahirovdur.

Tədbiri giriş sözü ilə Aşıq Şəmşir Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov açıb. Həbib Misirov Ulu Öndər haqqında və gün qurtuluş mübarizəsi barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra professor Fəxrəddin Məmmədov, professor Fərhad Talıbov, dossent Yavər Vəliyev, şair Ələmdar Keştəkli, şair-puyblisist Eldar İsmayıl, Arif Məmmədli, Sərraf Balaxan, Füzuli Ramazanoğlu və başqaları kitab haqqında fikirlərini söyləyiblər.

Sonda kitab müəllifi Nağdəli Zamanov öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb və qonaqlara minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə