Bu gün Masallı şəhərində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar II Beynəlxalq Folklor Festivalının açılış mərasimi olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Festival tədbir iştirakçılarının Ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə tər çiçəklərin düzülməsi ilə başlanıb.
Sonra Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya, Dağıstan, Latviya, Ukrayna və Qazaxıstannın folklor qrupları Masallı rayon İcra hakimiyyətinin qarşısındakı meydana toplaşaraq II Beynəlxalq Folklor Festivalına start veriblər. Bütün folklor qrupları milli folklor nümunələrini nümayiş etdirdikdən sonra rayon Gənclər Mərkəzi istiqamətində möhtəşəm yürüş başlanıb. Tədbir iştirakçıları rayon Gənclər Mərkəzinin qarşısında Azərbaycanın və eləcədə cənub bölgəsinin müxtəlif sənətkarlıq nümunələri, milli mətbəxi, əl işləri, rəsm qaleriyaları və yazarlarımızın əsərləri ilə əhatələnmiş sərgi ilə tanış olublar.
Festivalın konsert proqramı axşam saatlarında Masallı şəhərindəki Heydər Əliyev parkında müxtəlif ölkələrdən olan folklor qruplarının musiqili çıxışları ilə davam edəcəkdir.
Masallı şəhərində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşkil edilmiş II Beynəlxalq Folklor Festival 16 iyun 2013-cü il tarixə kimi rayonun digər ərazilərində təntənəli şəkildə davam edəcək.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB