Prezident İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyədə görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət etdiyi bildirilib. Söhbət zamanı son vaxtlar Bakıda keçirilən mühüm beynəlxalq tədbirlərin ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB