“Böyük İpək Yolu”ndan gənclər üçün “Bir şəkil çək!" kampaniyası

“Böyük İpək Yolu”ndan gənclər üçün “Bir şəkil çək!" kampaniyası

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı "Do one photo" (bir şəkil çək) kampaniyası çərçivəsində gənclərin foto işlərinin qəbuluna başlayıb. SİA-ya verilən məlumata görə, bu barədə təşkilatın mətbuat xidmətindən xəbər verilib. Təşkilata fotolarını göndərən gənclər bununla qlobal "Do one thing" kampaniyasına qoşulacaq.

İştirakçılar tərəfindən çəkilmiş fotoşəkillər hər hansı bir siyasi mesajı və ya zorakılığı əhatə etməyən mədəni müxtəliflik anlayışını təcəssüm etməlidir.

Fotolar təşkilatın rəsmi "Facebook" səhifəsinə yüklənməli, yaxud [email protected] ünvanına 27 may 2013 il tarixinə qədər göndərilməlidir.

Qeyd edək ki, bütün fotolar Bakıda 29 may 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçiriləcək "Mədəniyyətlərarası Dialoq" 2-ci Dünya Forumunun açılış mərasimində "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı tərəfindən təqdim olunacaq.

https://www.facebook.com/photo.php?fbid=283236315146110&set=a.158023971000679.34390.155364601266616&type=1&theater

Bütün xəbərlər Facebook səhifəmizdə