Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməs üzrə təsdiq edilmiş qrafikə uyğun olaraq, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən mayın 17-də Lənkəran rayon prokurorluğunun binasında Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulu keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəbuldan öncə Baş prokuror Zakir Qaralov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyev Xatirə Parkına gələrək buradakı abidə önünə gül dəstləri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Baş prokuror Zakir Qaralov Heydər Əliyev Mərkəzinin qarşısında şəhid ailələri, müharibə veteranları və rayonda məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə maraqlanıb.
Həmin gün Baş Prokurorluq tərəfindən 320 şəhid, Qarabağ müharibəsi və rayonda məskunlaşmış məcburu köçkün ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar edilib.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbul zamanı Baş prokuror Zakir Qaralov vətəndaşların müraciətlərində qaldırılan və biləvasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Baş prokuror tərəfindən hazırkı vaxtadək qəbul edilən 100 nəfərdən çox vətəndaşın müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilib.
Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə, respublikamızın mühüm strateji əhəmiyyət kəsb edən cənub bölgəsində ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB