"Hazırda parlamentdə bu məsələyə dair heç bir sənəd hazırlanmır. Buna baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasında adlar və soyadlarla bağlı xüsusi bir komissiya işləyib. Komissiya müəyyən nəticələrə gəlib və bunu konsepsiya halında Nazirlər kabinetinə göndərib. Konsepsiyanın nə zaman qəbul olunacağı isə məlum deyil". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri deputat Nizami Cəfərov deyib.
Komitə sədrinin sözlərinə görə, konsepsiyada aydın şəkildə qeyd edilib ki, gələcəkdə 6 soyad formasından istifadə olunacaq: "Bir reallıq var ki, əhalinin 80%-i hələ də ov, yev sonluqlu soyadları daşıyır. Bu soyadlar isə qəbul olunmur. Yalnız 10% soyad sonluqlarını lı, li, lu, lü və bir o qədər əhali isə zadə ilə əvəzləyib. Onu qeyd edim ki, gələcəkdə lı, oğlu, qızı, zadə, soy kimi sonluqlar qəbuledilən olacaq".
Adlar məsələsində 3 prinsipin olduğunu deyən N. Cəfərov: "Bu sıraya qoyulması mümkün olan, mümkün olmayan və mübahisəli olan adlar aiddir. Mübahisəli adlara mürəkkəb adlar daxildir. Misal olaraq, Mirhüseyn, Əliqulu və s. Lakin kimsə fikrə düşə bilər ki, bu mənim babamın və ya əmimin adıdır. O zaman ciddi maneə olmur. Lakin hərhalda bu kimi adların qoyulması tövsiyə olunmur",- deyə fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB