“SAM Review”-nun növbəti sayı çapdan çıxıb

“SAM Review”-nun növbəti sayı çapdan çıxıb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ingilis dilli "SAM Review" nəşrinin növbəti sayı çapdan çıxıb. Qurumdan SİA-ya verilən məlumata görə, SAM-ın aparıcı elmi işçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru Rəşad Kərimovun və Çin Xarici Əlaqələr Universitetindəki Diplomatiya Mərkəzinin direktoru Qao Feyin müəllifləri olduqları həmin nəşr Çin Xalq Respublikasının Mərkəzi Asiya və Azərbaycana dair enerji siyasətinə həsr olunub ("China’s Energy Policy throughout the Central Asia to Azerbaijan").

Azərbaycan və Çin mütəxəssisləri ÇXR-in və Azərbaycan Respublikasının enerji təhlükəsizliyinə dair siyasi-iqtisadi maraqlarını təhlil edərək, hər iki ölkə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsinin zərurətini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə