Orta məktəblərin tikintisi sürətləndirilib

Orta məktəblərin tikintisi sürətləndirilib

Göygöl rayonunda orta məktəblərin tikintisi sürətləndirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, rəsmi statistikaya əsasən son 3 ildə rayonda 10-dan artıq yeni məktəb binası inşa edilərək istifadəyə verilib. Hazırda isə daha 3 orta ümumtəhsil ocağının tikintisi davam etdirilir. Belə ki, uzun illər yararsız vəziyyətdə olan Üç Bulaq kənd orta məktəbi, eləcə də Bəhrambəy və Şəhriyar kənd orta tədris ocaqlarının tikintisi aparılır. Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilən tikinti işləri çərçivəsində hər üç məktəbdə 320 şagird təhsil alacaq. Başqa sözlə desək, Üç Bulaq və Bəhrambəy orta ümumtəhsil müəssisələri 60 Şəhriyar orta məktəbi isə 160 yerlikdir. Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, Göygöldə daha 10 orta təhsil müəssisəsinin tikintisinə ehtiyac duyulur ki, bu məktəb binalarının əksəriyyəti də dağ kəndlərində yerləşir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə