Qubalılar sevinir

Qubanın 2 dağ kəndində ilk dəfə qaz xətti çəkilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, kənd sakinləri açılışda böyük sevinclə iştirak ediblər.

Gəray və Susay kəndlərində ümumilikdə 208 abonentin fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə birpilləli sistem əsasında daşıyıcı və paylayıcı xətt çəkilib.Hər bir evdə fərdi tənzimləyici və məişət tipli qaz sayğacları quraşdırılıb.

Qeyd edək ki, rayonda mavi yanacaqla təmin olunan yaşayış məntəqələrinin sayı 48-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə