Ümummilli lider və milli dövlətçilik TƏDBİR - FOTOLAR

Lənkəranda Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
Ümummilli lider və milli dövlətçilik TƏDBİR - FOTOLAR

Lənkəranda Ümummilli liderin 90 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, öncə tədbir iştirakçıları Ulu Öndərin adını daşıyan Xatirə parkına gələrək abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

MTN-nin cənub şöbələrinin rəhbərlərinin qatıldığı tədbiri Lənkəran şəhər şobəsinin rəisi Aydın Piriyev açaraq "Heydər Əliyevin həyatı və Milli Təhlükəsizlik orqanlarındakı fəaliyyəti" barədə geniş məlumat verib. Bildirib ki, xüsusi xidmət orqanlarındakı 25 illik fəaliyyəti hamımızçün parlaq örnək olan Heydər Əliyev 1944-ci ildən Dövlət Təhlükəsizlik Komitəsində leytenirant rütbəsində çalışmağa başlayıb. 1949-50-ci illərdə Heydər Əliyev Leninqradda DTK-nın xüsusi ali məktəbində oxuyub, oranı əla qiymətlərlə bitirib vətənə qayıtdıqdan sonra Bakıda, Dövlət Təhlükəsizlik Komitəsində baş leytenant rütbəsində fəaliyyətini davam etdirib.

A.Piriyev daha sonra Heydər Əliyevin təhlükəsizlik orqanlarında, eləcə də sonrakı fəaliyyəti zamanı xalqımız, dövlətimiz üçün gördüyü misilsiz xidmətlərindən bəhs edib.

MTN-nin şöbə rəisi Seymur Şeydayevin " Heydər Əliyev və milli mənlik şüuru" mövzusunda məruzəsi dinlənilib. Qeyd edib ki, çalışdığı bütün dövrlərdə Ümummilli Lider daim xalqımızın ən yaxşı övladlrının hamisi, qoruyucusu olub. Heydər Əliyev mili ruhlu insanlarımızı qorumaq üçün sovet dövründə azərbaycançılıq məfkurəsi həmişə öndə tutub. Ziya Bünyadovu, Xudu Məmmədovu, Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı və digər tanınmış ziyalıları sovet repressiya aparatından qoruyuyb .

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi, qətiyyəti və cəsarəti ilə Azərbaycanın müstəqilliyini məhv olmaq təhlükəsindən xilas edib. Böyük səylər bahasına hüquqi, demokratik dövlət quruculuğuna başlayan ulu öndər müstəqil Azərbaycanın mövcud reallıqların tələblərinə cavab verə biləcək etibarlı milli təhlükəsizlik sisteminin formalaşdırılmasına nail olub.

Çıxış edənlər Ümummulli Liderin miras qoyduğu uğurlu daxili və xarici siyasət bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğalıyıblar.

Tədbir ümummili liderə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə