Maşınınızı avtoyuyucuya etibar etməyin FOTO

Maşınınızı avtoyuyucuya etibar etməyin FOTO

Bu gün Şirvan şəhərində Hacıqabul sakini 1986-cı il təvəllüdlü Qədirov İxtiyar İttifaq oğlu şəxs "Mersedes" markalı 90 NA 290 nömrəli minik avtomobilini avtoyuma sexinə qoyub. Maşını yuyan Şirvan sakini 1983-cü il təvəllüdlü Baxşıyev Namiq Rəhim oğlu, dostu 1981-ci il təvəllüdlü İbadov Ramil Yusif oğlu ilə sahibinin xəbəri olmadan avtomobilə əyləşərək Şirvan-Salyan avtomobil yoluna çıxıblar. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, avtomobili yüksək sürətlə idarə edən Namiq Baxşıyev idarə etməni itirərək yolun kənarında yerləşən irigövdəli ağaca çırpılıb. Ağacın ən hündür irigövdəsi sınıb, maşın isə tamamilə yararsız vəziyyətə düşüb. Maşını idarə edən sürücü və yanında olan dostu xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Baş verən hadisəni nəzərə alaraq avtomobil sahiblərinin diqqətinə çatdırırıq ki, maşınlarını avtoyuyucuya etibar etməsinlər!

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə