Beynəlxalq Yer günü məktəbdə qeyd olundu

Beynəlxalq Yer günü məktəbdə qeyd olundu

Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri bu gün Bakı şəhəri Yasamal rayon 225 saylı orta məktəbin kollektivi ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib və məktəbliləri maraqlandıran suallar Nazirliyin mütəxəssisləri tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Beynəlхalq Yer Gününün qeyd olunması ХIХ əsrin 40-cı illərindən başlansa da, tədricən beynəlxalq xarakter alaraq hazırda 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən Beynəlхalq Yer Günü ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyəti fəal iştirak etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə