Dövlət Sərhəd Xidməti mart ayında həyata keçirdiyi əməliyyatlar barədə məlumat yayıb
Sərhədi pozanlar saxlanılıb

Məlumata görə, dövlət sərhədini pozduğuna görə 48 nəfər, Xəzər dənizində isə 50 nəfər saxlanıb. Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 208 nəfər aşkarlanaraq aidiyyatı orqanlara təhvil verilib.

Narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 36 kq-dan artıq narkotik maddənin dövlət sərhədinə keçməsinin qarşısı alınıb. Ümumi dəyəri 1,1 milyon manat qaçaqmal saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə