Yetkinlik yaşına çatmayanlarla görüş keçirilib

Yetkinlik yaşına çatmayanlarla görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi Penitensiar Xidməti Baş İdarəsi ilə birgə təsdiq olunmuş tədbirlər planına əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Xətai rayonunda yerləşən Tərbiyə Müəssisəsində islah olunan yetkinlik yaşına çatmayanlarla görüş keçirib. SİA-xəbər verir ki, tədbirdə Dövlət Proqramları çərçivəsində narkomaniya, HİV/QİÇS xəstəliyinin qarşısının alınması, insan alverinin profilaktikası, sağlam həyat tərzinin təbliği mövzusunda maarifləndirmə işləri aparılıb, qeyd edilən məsələlərlə bağlı "HIV/AİDS: Növbəti qurbanı sən olma", "Günəş şəhəri", "Hədəf", "Yuxu yaddaşı" adlı qısametrajlı filmlər nümayiş etdirilib.

Daha sonra islah olunan uşaqlarla mövzu ətrafında müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Qeyd edək ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi Penitensiar Xidməti Baş İdarəsi, Tərbiyə Müəssisəsi nümayəndələrinin iştirakı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə