Gənclərin həyatında sağlam qida və idmanın rolu FOTO

Gənclərin həyatında sağlam qida və idmanın rolu FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "SAĞLAM DÜŞÜNCƏ" Gənclər Təşkilatı və "TƏBİƏT DOSTLARI" Gənclər İctimai Birliyi "Gənclərin sağlam həyat tərzinin formalaşmasında sağlam qida və idmanın rolu" adlı layihəyəsi daxilində "Gənclər Düşərgəsi" 29 mart tarixində Oğuz rayonunda başladı. Qurumdan SİA-ya verilən məlumata görə, məqsəd gənclər arasında Sağlam həyat tərzi və sağlam qidalanmanı təbliğ etmək və gənclərin sağlam həyat tərzinin formalaşmasında velosipedi təbliğ etmək olan bu layihə vasitəsi ilə Bakı, Gəncə və Sumqayıt şəhərlərindən 30 nəfər gənc seçilərək Oğuz rayonunda 29 mart – 1 aprel tarixində 4 günlük "Təlimçilər üçün Təlim" proqramının iştirakçısıdır. Təlim müddətində gənclərə zərərli vərdişlərin insana və cəmiyyətə təsiri, sağlam qida və sağlam həyat tərzi üçün nəqliyyatın (xüsusi ilə də velosiped) üstünlükləri və həyatımızdakı rolu haqqında təlim proqramı keçiriləcək.

Sonrakı mərhələdə iştirakçılar öz regionlarına qayıdaraq yerli məktəb və uşaq evlərində təlimlər keçəcəklər. Həmçinin layihə çərçivəsində iştirakçıların Bakıda, Gəncədə və Sumqayıtda sağlam həyat tərzi mövzusunda təlimlərin keçirilməsi və velosiped yürüşlərin təşkili planlaşdırılır. Bölgələrdə təlimlər bitdikdən sonra Bakı şəhərində ümumi layihənin nəticəsi və uğurlarını nümayiş etdirən foto sərgi təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəlki illərdə də sağlam həyat tərzinə aid və ekologiyaya dair müxtəlif layihələr həyata keçirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə