TRT Azərbaycanın dərdinə şərik olacaq

TRT Azərbaycanın dərdinə şərik olacaq

TRT Azərbaycanın dərdinə şərik olmağa davam edir. TRT Bakı Təmsilçiliyindən SİA-ya verilən məlumata görə, Türkiyə TRT kanalı vasitəsi ilə Azərbaycanın ağrı-acısına şərik olacaq. 31 Mart Soyqırımı günü TRT-nin dörd kanalında yayımlanacaq xəbər və proqramlar dünyaya çatdırılacaq.

1918-ci ildə Erməni daşnakları tərəfindən Azərbaycan ərazilərində tarixin ən qanlı qətliamları törədilib, sadəcə Türk olduqları üçün Azərbaycan Türkləri vəhşicəsinə qətlə yetirilib.

TRT Bakı Təmsilçiliyi tərəfindən ‘’Tarixin qara səhifəsi’’ və "Qafqazlardan əsən yellər’’ adlı iki proqram hazırlanıb. ‘’Tarixin qara səhifəsi’’ adlı proqram Azərbaycan İqtisad Universitetində 31 Mart Soyqırım günü keçiriləcək tədbirdə qonaqlara təqdim ediləcək.

Bu proqramlar TRT-Haber, TRT-Türk, TRT-Avaz və TRT-Anadolu kanallarında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə