Bu gün hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Səhər və axşam ayrı-ayrı yerlərdə duman olacağı, gecəyə doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 4-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Ölkənin rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam Böyük Qafqazın bəzi rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 13-18 isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB