İlham Əliyev Pakistan prezidentini təbrik edib

İlham Əliyev Pakistan prezidentini təbrik edib

Prezident İlham Əliyev Pakistanın dövlət başçısı Asif Əli Zərdariyə ölkəsinin milli bayramı - Pakistan günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimizin hazırkı yüksək səviyyəsini qoruyub saxlamaq və daha da inkişaf etdirmək məqsədilə bundan sonra da birgə səylərimizi davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına daim sülh və firavanlıq arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə