"Azərbaycan qadını çox fədakardır və bu xüsusiyyəti ilə onlar həmişə kişilərə də örnək olublar". SİA-nın xəbərinə görə, "Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva jurnalistlərə açıqlamasında belə deyib.
O bildirb ki, Azərbaycan qadını hər zaman özünün cəmiyyətdəki mövqeyinin inkişafında, həmçinin cəmiyyətin inkişafında maraqlıdır: "Hər bir qadın öz ailəsini qoruyub saxlamalıdır. Çünki ailə də kiçik bir dövlətdir və bu dövlətdə böyüyən hər bir övlad gələcəyin inkişafına böyük tövhələr verəcək. Güclü ana, güclü qadın güclü ailə deməkdir. Güclü ailə isə hərtərəfli inkişaf etmiş cəmiyyətin təminatıdır".
Sona Vəliyeva 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını, xüsusilə şəhidlərin ana və bacılarını təbrik edib: "Cəmiyyətin hər bir fərdinin, həmçinin hər bir qadının da ən böyük arzusu odur ki, işğal olunmuş 20% torpaqlarımız tezliklə düşməndən azad olunsun. Arzu edirəm ki, Dağlıq Qarabağ işğaldan azad olunsun, şəhidlərimizin ana və bacılarına bu şad xəbəri yaralarına məlhəm kimi verək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB