Azərbaycab prezidenti İlham Əliyevin sərəncamı ilə Nizami Həsən oğlu Ələkbərov İsmayıllı rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısı növbəti sərəncamla Mirdaməd Mirsadıq oğlu Sadıqov həmin vəzifəyə təyin edib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Sadıqov Mirdaməd Mirsadıq oğlu 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.
1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxumuş, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakultəsinin "Maliyyə" ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, elə həmin ildə də İnsititutun "Maliyyə-kredit" kafedrasına işə qəbul olunub, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş pereporator, 1972-ci ildən 1977-ci ilə qədər "laborant" və "baş laborant" vəzifəsinə təyin edilib.
1977-ci ilin noyabr ayının 2-də Azərbaycan Xalq Təsərrüfatı İnsititutunun Komsomol komitəsinin katibi seçilmiş və 1982-ci ilin sentyabr ayının 10-dək bu vəzifədə çalışıb. Həmin tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnsititutu "Maliyyə-kredit" kafedrasının baş müəllimi və İqtisadiyyat fakultəsinin dekanı vəzifəsinə təyin edilmiş, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dossenti seçilib və 1988-ci ilin iyul ayının 8-nə qədər qeyd olunan vəzifələrdə işləyib.
1988-ci ilin iyul ayının 8-dən Bakı "Maliyyə-kredit" texnikumunun direktoru vəzifəsinə təsdiq olunaraq 1992-ci ilə qədər bu işdə çalışıb, texnikumun Azərbaycan Maliyyə-iqtisad kollecinə çevrilməsi ilə əlaqədar 1992-ci ilin aprel ayının 8-dən 1999-cu ilin iyul ayının 27-nədək kollecin direktoru vəzifəsinə təyin edilib.
1993-cü ilin mart ayından Yeni Azərbaycan partiyasının üzvüdür. 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış "Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi" nin icraçı direktorudur.
1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnsitituna prorektor vəzifəsinə təyin edilib.
2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsindən YAP-nın Mərkəzi Şurasının vahid namizədi kimi irəli sürülüb. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi "Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi"nin baş idarə rəisi vəzifəsində çalışıb.
2008-ci il noyabr ayının 21-dən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.
Respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, o cümlədən 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Onun məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilib. O, Azərbaycanı bir sıra beynəlxalq konfranslarda təmsil edib. Ailəlidir. 4 övlad atasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB