Salyan Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, rayon polis şöbbəsinin rəisi Fuad Nəriman oğlu Məmmədov başqa işə keçməsi ilə əlaqədar olaraq vəzifəsindən azad olunub. Mənbənin verdiyi məlumata görə, F.Məmmədov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavini təyin edilib.
Salyan rayon Polis Şöbəsinin rəisi vəzifəsinə kimin təyin edilməsinə gəlincə, hələlik bu barədə məlumat yoxdur. Məlumat üçün qeyd edək ki, F.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB