2 fevral - Gənclər günü Bərdə rayonunda da qeyd olunub. Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun fəal gəncləri bir araya gəliblər. SİA-nın Qarabağ bürosunun məlumatına görə, gənclər ilk olaraq Ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidə kompleksini ziyarət edib. Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər və Heydər Əliyev muzeyinə baxış keçirilib.
Tədbirdə 2 fevralın Gənclər günü kimi təsis olunmasında Ulu öndərin xidmətlərindən söz açılıb. Bildirilib ki, həmin siyasət bu gün də, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə həmçinin qeyd olunub ki, bu gün bərdəli gənclər də rayonun sosial-iqtisadi, ictimai-mədəni və idman həyatında fəal iştirak edirlər. Təhsildə, istehsalatda, ictimai-mədəni həyatda və idmanda fərqlənən bir qrup gəncə rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının hədiyyələri təqdim edilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB