Təmas xəttində nə baş verir?

Son bir ayda təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələrinin uçuşları qeydə alınır. Bu aktivlik ermənilərin Xocalı hava limanının fəaliyyətini bərpa edəcəkləri ilə bağlı bəyanatları fonunda müşahidə olunur. ANS TV-nin Qarabağ bürosundan verilən məlumata görə, Azərbaycan ordusunun hərbi hava qüvvələrinə məxsus döyüş təyyarələri hər gün dəfələrlə təmas xəttinə yaxın məsafədə uçuş həyata keçirir.

Təmas xəttinin qarşı tərəfində də aktivlik müşahidə edilir. Ağdamın Çıraqlı kəndinin sakinləri də son günlər təmas xəttində silah və partlayış səslərinin artdığını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə