Hüzn Günü münasibətilə Siyəzəndə tədbir keçirilib FOTO

Hüzn Günü münasibətilə Siyəzəndə tədbir keçirilib FOTO

20 yanvar 2013-cü il tarixdə Siyəzən rayonunda 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirin keçirildiyi Siyəzən şəhərindəki Şəhidlər xiyabanına axın edən rayon sakinləri şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.

20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə rayon rəhbərliyi adından əklil qoyulmuşdur. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Heydərov həmin qanlı tarixdə baş verənlərin ölkəmizin azadlıq tarixinə qızıl hərflərlə yazıldığını qeyd etmiş, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin heç bir zaman unudulmayacağını bildiriblər. Qəhrəmancasına şəhid olmuş şəhidlərin yaxınları, şəhidlər xiyabanında öz qürurlarından danışıblar.

Tədbirin sonunda xiyabandakı şəhid məzarları ziyarət edilərək önlərinə tər qərənfillər düzülüb.

Emin Kərimov, Siyəzən

Bütün xəbərlər Facebook səhifəmizdə