20 Yanvar şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

20 Yanvar şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəliyə dayandırılıb. SİA-nın verdiyi xəbərə görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Həmçinin Ümumxalq Matəm Günü münasibətilə dövlət qurumlarında, hərbi hissələrdə və gəmilərdə dövlət bayraqları endirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə