Yeni il öncəsi insanlar adətən xəyallara dalır, ürəyində arzu tutur, bəziləri hətta müxtəlif yuxular görür. Görünür, Stanislav Tarasova üçüncü variant daha xoş gəlir. Bu yolla o, ağlına gələnləri daha yaxşı ifadə edə bilir. Başında isə artıq bir neçə ildir ki, ona təhlil apamağa, düşünməyə, müstəqil qərar verməyə mane olan bir fikir dolaşır.
Stanislav Tarasovun qula çevrildiyi artıq çoxdan məlumdur. Bu başqa məsələdir ki, kimin quluna. İstər-istəməz Çatskinin "xidmət etməyə şadam, amma qulluq göstərməkdən zəhləm gedir" sözləri yada düşür.
Tarasovda isə, görünür, hər şey bunun tam əksidir. Əlbəttə, biz onun bütün yuxularını şərh etmək istəməzdik. Lakin düşünürük ki, S.Tarasov o qədər də axmaq deyil (o, daha çox hiyləgərdir) və biz beynəlxalq kompaniyada işləməyin nə olduğunu çox yaxşı başa düşürük. Lakin o, Qafqaz haqqında bilikləri ilə nə qədər öyünsə də, onun bütün proqnozları və hətta fərziyyələri həmişə boşa çıxmışdır. Bunu yaxşı bilməsinə baxmayaraq, qulluq göstərmək zərurəti hər şeyi üstələyir.
Son zamanlar onda yenə də Azərbaycana maraq oyandı və tarix elmləri namizədi onunla bağlı "geosiyasi proqnozlar" kimi təqdim etdiyi paradoksal, mifik qərarlara gəldi. Lakin özünə hörmət qoyan mütəxəssis heç vaxt bu cür geosiyasi proqnoz verə bilməz, çünki onun nəyə işarə etdiyi bəllidir.
Tarasov, heç ağlınıza da gətirməyin! Sizin "analiz və proqnozlarınız" hamıya məlum məqsədləri güdən hiyləgər və məkrli planlardır. Sizin istinad etdiyiniz insanlar isə tamamilə başqa şey deyirlər. Adını çəkdiyiniz Metyu Brayzə elə həmin konfransdakı yarımsaatlıq çıxışında 20 il ərzində Azərbaycanda baş vermiş təqdirəlayiq köklü dəyişikliklərdən, yoxsulluğun azalmasından, infrastrukturun inkişafından, Azərbaycanın geosiyasi əhəmiyyətindən və bir çox başqa şeylərdən bəhs edirdi. Şübhəsiz ki, bütün bunlar sehrli çubuğun işə salınması deyil, dövlət başçısının rəhbərliyi ilə görülən nəhəng işlərin nəticəsində əldə olunmuşdır.
Lakin məlum səbəblərdən Stanislav Tarasov natiqin çıxışındakı pozitiv məqamlardan yan keçmişdir. Onun diqqətini ötəri deyilən "tənqid" çəkmişdir. S.Tarasov M.Brayzənin toxunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunu da diqqətinə layiq bilmədi. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, S.Tarasovu regiondakı real problemlər narahat etmir. O sadəcə öz ağalarından aldığı tapşırığı yerinə yetirir.
Nigar Hacıyeva,
Hüquq elmləri üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB