Bu gün qar yağacaq

Bu gün hava yenidən pisləşəcək, ölkə ərazisində sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında gecə 1-2° isti, gündüz 2-5° isti olacağı gözlənilir.

Ölkənin bölgələrində havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılıb. Temperaturun gecə saatlarında 0-4° şaxta, gündüz 0-5° isti olacağı, dağlarda gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə