Ermənistanla sərhəddə olan, əsasən azərbaycanlılar yaşayan Iğdır şəhərindəki Bağlar məhəlləsində böyük məscidin tikintisi artıq başa çatıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məscidin uca minarələri hətta Ermənistandan da aydın görünür.
Məlumatda qeyd edilir ki, məscidin tikintisinə 2006-cı ildə başlanılıb. Minarələrinin hündürlüyü 82 metrdir. Minarələrin hər biri 220 min TL-yə (130 min dollara) inşa edilib.
Iğdırın müftisi Cüneyt Kulaz çıxışında bildirib ki, 82 metr hündürlüyündə olan minarələr hətta Ermənistandan da görünəcək. Ermənistan isə müftinin bu çıxışına başqa rəng verməyə çalışıb. Müfti minarələrin nə qədər hündür olduğunu deyir, ermənilər isə bunu özlərinə qarşı göz dağı kimi qiymətləndirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB