Dekabrın 31-i axşam, 31-dən yanvarın 01-nə keçən gecə və yanvarın 01-də gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən xəbər verir ki, havanın temperaturunun axşam 1-3 dərəcə isti, gecə 0-2 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında dekabrın 30-dan 31-nə keçən gecə və səhər havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi axşama doğru nisbətən mülayimləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB