Lənkəran-Astara bölgəsində çayların suyu artıb

Lənkəran-Astara bölgəsində çayların suyu artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamenti tərəfindən çaylarda sululuqla bağlı aparılan araşdırmanın nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, araşdırmaya görə, dekabrın 9-u və 10-da Lənkəran-Astara bölgəsinə yağan intensiv yağışla əlaqədar ərazidən axan çaylarda sululuğun bir qədər artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-180, Kiçik Qafqazın çaylarında 55-105, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir.

Dekabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım, Qanıx çayının Əyriçay məntəqəsində 2 santimetr azalma qeydə alınıb. Kür çayının aşağı axınındakı məntəqələrdə isə suyun səviyyəsində azalma müşahidə olunub.

Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə