Paytaxta yağış yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 7-9°, gündüz 9-11° isti olacaq. Bakıda gecə 7-9°, gündüz 9-11° isti olacaq. ETSN-nın Hidrometroloji Proqnozlar bürosundan SİA-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Temperaturun gecə 3 ° şaxtadan 1°-dək isti, gündüz 4°-9° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 4-8°, gündüz 8 -13° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,Quba-Qusar-Xaçmaz rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Temperaturun gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 1°-dək isti, gündüz 1-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 2-7°, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Temperaturun gecə 6-9°, gündüz 9-14°, dağlarda gecə 3-6 ° isti, gündüz 6-9° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə