Monitorinqin nəticələri açıqlanıb

Monitorinqin nəticələri açıqlanıb

Bu gün Mətbuat Şurasında Zərdabi Mətbuat Mərkəzinin və "Sport favorit" qəzetinin "İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində apardıqları monitorinqinin 3 aylıq yekunları açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, təbiri giriş sözü ilə açan Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseyinzadə bildirib ki, layihənin araşdırma obyekti ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən qeyri idman KİV-ləri 25 qəzet və 9 informasiya agentliyidir. "Monitorinqlərimiz həmin KİV-lərdə ixtisaslaşmış media orqanları ilə müqayisədə daha çox həllini gözləyən problemlərin mövcudluğunu aşkarladı. Layihənin məqsədi Azərbaycanın KİV-lərində idman mövzusunun operativ, obyektiv və peşəkarlıqla işıqlandırılmasına nail olmaqdan ibarətdir".

Tədbirin sonunda digər mətbuat nümayəndələri layihə haqqında öz fikirlərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə