“Bu məsələlər həll olunub”

“Bu məsələlər həll olunub”

Rusiyada fəaliyyət göstərən azərbaycanlı miqrantlara müəyyən qadağaların qoyulması ilə bağlı Azərbaycan bu ölkə ilə danışıqlar aparır. SİA-nın məlumatlına görə, bu barədə jurnalistlərə açıqlama verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.

Onun sözlərinə görə, Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini Tatyana Blinovanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdadır və səfər çərçivəsində nazirlik səviyyəsində danışıqlar aparılacaq: "Biz də çalışacağıq ki, Rusiyadakı azərbaycanlı miqrantlar üçün heç bir problem olmasın. Bu istiqamətdə də bəzi təklifləri verəcəyik. Hesab edirəm ki, Rusiyada fəaliyyət göstərən miqrantların heç bir problemi olmayacaq. Əvvəllərdə miqrantlarla bağlı bəzi məsələlər qaldırılıb. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarının birgə işləri nəticəsində bu məsələlər həll olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə