Qulam Muşi: "Tədbirin təşkil olunması haqqında yalnız xoş sözlər söyləmək olar"

Qulam Muşi: "Tədbirin təşkil olunması haqqında yalnız xoş sözlər söyləmək olar"

Bu gun tarixi bir şəhər olan Bakıda keçirilən İCAPP-da iştirak etdiyimə görə, çox məmunam. Bunu SİA-ya açıqlamasında Bangladeşin "Jatiya" Partiyasının xarici məsələlər və diplomatik munasibətlər üzrə məsul nümayəndəsi Qulam Muşi deyib.

"Bu mənim Azərbaycana ilk səfərimdir. Bu konfrans Asiya ölkələrinin siyasi partiyalarını bir araya gətirən çox səmərəli bir platformadır. Tədbirin təşkil olunması haqqında yalnız xoş sözlər söyləmək olar. Göstərilən qonaqpərvərliyə görə, Azərbaycan tərəfinə dərin təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycan və Banqladeş arasında güclü dostluq əlaqələri qurulacaq və inkişaf edəcək", - deyə banqladeşli qonaq əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə