Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsindən keçən magistral su xəttində təmir işləri aparılır. Bu barədə SİA-ya Azərsu ASC-dən məlumat verilib. Bununla əlaqədar, noyabrın 21-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - C.Hacıbəyli, M.Qaşqay, X.Şuşinski, S.Rüstəm küçələrinə, eləcə də Vaqif prospektinə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB