“Azərbaycan modeli: Zənginliyə gedən yol”

Filippinin nüfuzlu “BizNyus Asia” xəbər jurnalı yeni sayını müasir Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatına həsr edib
“Azərbaycan modeli: Zənginliyə gedən yol”

Filippinin nüfuzlu xəbər jurnallarından biri sayılan "BizNyus Asia" yeni dərc olunan sayını müasir Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatına həsr edib. SİA-nın verdiyi məlumata görə, "Azərbaycan modeli: Zənginliyə gedən yol" adı altında nəşr olunan jurnalın xüsusi sayında Azərbaycanla həsr olunmuş bir sıra maraqlı məqlələrə rast gəlmək olar: "Azərbaycan: Bakı gələcəyə doğru", "Dünya Bankı: yoxsulluq səviyyəsinin azaldılmasında effektiv strategiya-Azərbaycan modeli", "İçəri şəhər Bakının ən məşhur turistik məkanı kimi", "Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlik səyləri".

Azərbaycanın qısa tarixinə nəzər salanınan jurnalda ölkəmizin neft və təbii sərvətlərlə zəngin olduğu vurğulanıb. Həmçinin, Azərbaycanın ABŞ, Böyük Britaniya, Fransa və bir sıra Avropa ölkələrindən öncə qadınlara səsvermə hüququ verdiyi də xüsusi qeyd olub.

Diqqəti cəlb edən məqamlardan biri Dünya Bankı tərəfindən hazırlanan məqalədir. Adı gedən məqalədə 2012 ci ilin birinci yarısında neft sektorundan əldə olunan resursların hesabına Azərbaycanda qeyri-neft sektorunun 11,3 % inkişaf etməsindən, yoxsulluq səviyyəsinin 2001-ci ildə qeydı alınan 50%-dən 7,9%-ə enməsindən, ÜDM-un həcmi 2012-cu ilin göstəricilərinə əsasən 30% artmasından, habelə, səhiyyə, təhsil, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirilən inkişaf proqramlarından bəhs edilib.

Azərbaycanın siyası həyatı jurnalda dərc olunan məqalələrdə obyektiv şəkildə öz əksini tapıb. Burada ulu öndər Heydər Əliyevin Azərbaycanın 90-cı illərin əvvəllərində ölkədəki siyasi və iqtisadi durumu stabilləşdirdiyi və dövlət müstəqilliyinin qazanılmasında əvəzsiz rol oynadığı bildirilir. Onun siyasi kursunun davamçısı olan prezident İlham Əliyevin atdığı mühüm addımlar səyasində ölkədə son illərdə təsərrüfatın bütün sahələrində proqresin müşahidə olunması da jurnalın diqqət mərkəzindədir: "Bütün göstəricilər yalnız bir ssenariyaya işarə edir – Azərbaycanda siyasi hakimiyyət uzun müddət Əliyevin liderliyi ilə müşaiyət olunacaq".

"Heydər Əliyev Fondu müasir Azərbaycan dövlətinin qurulmasına böyük töhvə verir" sözləri ilə başlayan məqalə Fondun reallaşdırdığı sosial layihələrdən, təhsil və incəsənətin inkişafına olan dəstəkdən, mədəni irsin qorunmasında olan mühüm rolundan bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə