Bugün Bakıda "Kreativ Gənclər Şəbəkəsi" layihəsi çərçivəsində "Respublika Kreativ Gənclər Forumu" keçirilir. SİA-nın məlumatına görə forum Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub. Forumda gənclər və idman nazirinin müavini İntiqam Babayev,Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Milli Məclisinin deputatları,Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və digər qonaqlar iştirak edirlər.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, gənclərə aid yeni layihədə yeni şəbəkə yaradılır : "Gənclərin təklifləri çoxdur. Həmin gəncləri təşkilatlandırmaq, birgə potensialda birləşdirmək və həmin potensialı dövlətin və gənclərin inkişafında sərf etmək lazımdır".
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli gənclərlə bağlı ən önəmli 2 məsələnin həll olunduğunu qeyd edib:
"Gənclər ordudan qayıdandan sonra əvvəlki iş yerlərinə qayıda bilmirdilər. Bu məsələ artıq həll olunub. Bundan başqa ipoteka kreditlərinin gənc ailələrə güzəşt edilərək 4%-ə endirildiyini söyləyib.
Gənclər və İdman Nazirliyinin (GİN) gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva 2005-09-cu ilin gənclərlə bağlı dövlət proqramı ilə 2011-15-ci il proqramı arasında olan fərqdən danışaraq deyib ki, keçən proqramda əsas məqsəd gənclərə dəstək idisə, bu proqramın əsas məqsədi gənclərin təşəbbüslərinə dəstək verməkdir.
Forumda Bakı, Lənkəran, Şəki, Gəncə şəhərlərində baş tutmuş Kreativ Gənclər Forumlarının ən fəal və kreativ 100 gənci iştirak edib. Forum zamanı ekspertlərlə gənclər arasında "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ətrafında müzakirələr aparılıb. Aparılan müzakirələrdə gənclər Dövlət Proqramı ilə bağlı öz kreativ təklifləri ilə çıxış ediblər.
Qeyd edək ki, tədbirdə qeydə alınan kreativ təkliflər gələcəkdə Dövlət Proqramına salınması üçün təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB