Bakıda Avropanın Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının üçüncü iclası başa çatıb. SİA-nın verdiyi məlumata görə, iclasda Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Bürosunun Direktoru Suzanna Cakab, BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Bürosunun Direktoru Yan Dusik, Sloveniya Respublikasının Səhiyyə Naziri Tomas Gantar, Belarusiya Respublikasının Ətraf Mühit Naziri Vladimir Tsalko, Serbiya Respublikasının Səhiyyə Nazirliyinin Dövlət Katibi Vladimir Djukiç, Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Ətraf Mühitin İdarəçilik Ofisinin Baş Direktoru Mehmet Baş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov və digər nümayəndələr iştirak edib.
İclasın gündəliyində duran - 2011-ci il Paris və 2012-ci ildə Bonn şəhərlərində keçirilmiş ilkin sessiyaların davamı olaraq Ətraf Mühit və Səhiyyə prosesinin gündəliyinə əsasən həyata keçirilmiş məsələlər, Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurası tərəfindən irəli sürülmüş Avropa regionunda ətraf mühit və səhiyyə prioritetləri üçün yenilənmiş çərçivənin yaradılması ilə bağlı müzakirələr aparılıb.
İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla xanım Əliyeva iştirak edərək İDEA (International Dialogue for Environmental Action - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası) və UNEP-in (United Nations Environment Programme - BMT-nin Ətraf Mühit Proqramı) əməkdaşlığı ilə reallaşdırılan "Yaşıl Həftə" layihəsinin nəticələrini təqdim edib.
İclasın sonunda qonaqlar Azərbaycan dövlətinə belə bir tədbirə ev sahibliyi etdiyinə görə öz minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB