Razılaşdırılmamış aksiyalara görə cərimələrin artırılması təsdiqlənib
İlham Əliyev "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqinə dair sərəncam imzalayıb
Prezident İlham Əliyev "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqinə dair sərəncam imzalayıb. Ölkə başçısı razılaşdırılmamış aksiyalara görə cərimələrin artırılmasını təsdiqləyib.
Qeyd edək ki, Milli Məclisin noyabrın 2-də keçirilən iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, həmçinin İnzibati Xətalar və Cinayət Məcəllələrinə dəyişikliklər müzakirə olunaraq qəbul edilib.
Dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur. Odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB