Hadisə Kəlbəcərdə baş verib: 3 ölü, 12 yaralı
Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda Ermənistan ordusunun "Ural" markalı yük maşını qəzaya uğrayıb. News.am-ın verdiyi məlumata görə, avtomobildə işğalçı ordunun əsgərləri olublar. Məlumatı Ermənistanın müdafiə nazirinin mətbuat katibi Arçurun Ovannisyan da təsdiqləyib.
Qəza zamanı zərər çəkənlərin hamısı Ermənistan ordusunda müqavilə ilə xidmət edənlər olublar. Qəza nəticəsində 3 nəfər ölüb, 12-si xəsarət alıb. Yaralılar Basarkeçərdəki hospitala aparılıblar. Onlardan birinin vəziyyətinin olduqca ağır olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB