"Ordu üzərinə düşən vəzifəni yerinə yetirəcək”

"Ordu üzərinə düşən vəzifəni yerinə yetirəcək”

Müdafiə Nazirliyi Xankəndi aeroportu istifadə verilərsə atacağı addımları açıqlayıb

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın işğal etdiyi Xankəndində aeroportu istifadəyə verəcəyi halda adekvat addımlar atacaq. Nazirliyin rəsmisi Eldar Sabiroğlu bu addımların nədən ibarət olduğunu da açıqlayıb: "Birincisi uçuşlar barədə "Çikaqo konvensiyası" var. İkincisi müharibə vəziyyətidir və bu nəzərə alınmalıdır. Üçüncüsü, əgər belə bir şeyə yol versələr, adekvat cavab alacaqlar. Adekvat cavab bundan ibarətdir ki, ordu üzərinə düşən vəzifəni yerinə yetirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə