Mədəniyyət komitəsi nələri müzakirə etdi?

Mədəniyyət komitəsi nələri müzakirə etdi?

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda ikinci oxunuş üçün müzakirəyə çıxarılan "Mədəniyyət haqqında" qanun layihəsi müzakirə edilib. Komitə sədri Nizami Cəfərov bildirib ki, son 10 ildə Azərbaycan mədəniyyətində köklü dəyişikliklər baş verib, yaradıcı təşkilatların spesifikası dəyişib, xeyli yaradıcılıq uğurları əldə olunub.

Onun sözlərinə görə, bu, qanunvericilik sahəsində də əsaslı dəyişiklik etməyə şərait yaradır: "Birinci oxunuşda təqdim olunan layihə kifayət qədər mükəmməl deyildi. Ona görə də 2-ci oxunuşa təqdim olunub. Layihə birinci oxunuşdan fərqli olaraq, ciddi dəyişikliklə işlənib. 2-ci oxunuş üçün təqdim olunan qanun layihəsi kifayət qədər təkmildir. Sənəd 12 fəsil 69 maddədən ibarətdir. Qanun ölkədə mədəniyyət və incəsənət sərvətlərinin yaradılması, qorunması, dirçəlişi, infkişafı və yayılması sahəsində yaranan münasibətləri tənzimləyir. Həmçinin qanun layihəsində mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması öz əksini tapıb".

N.Cəfərov qeyd edib ki, Azərbaycanda mədəniyyət sahəsində dövlət reyestri aparılacaq. Onun firkincə, bu dövlət reyestri sistemi müxtəlif reyestrlər, kataloqlar, uçot sistemləri, dövlət mədəniyyət əmlakının siyahıları, qeydiyyat sistemlərindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə