Qaraçuxur bələdiyyəsində "Sənədsiz mənzillər-vətəndaş məsuliyyəti" mövzusunda seminar keçirilib. SİA-nın xəbərinə görə, tədbir "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı illə "Sənədsiz mənzillər, onların hüquqi statusu və sosial-məişət xidməti hüquqları ilə bağlı televiziya verlişləri və teledebatların təşkili" mövzusunda olan layihəsi çərçivəsində təşkil olunub.
Tədbiri giriş sözü ilə qurumun sədri Vüqar Tofiqli açaraq layihənin icrası ilə baglı iştirakçıları məlumatlandırıb və bu istiqamətdə aparılan təhlil və araşdrımalar haqqında məlumatlar verib. QHT sədrinin sözlərinə görə, maliyyə problemləri ilə üz-üzə qalan bələdiyyə sisteminin inkişafında hüquq statusu olmayan evlərin, mənzillərin sənədləşdirilməsi sistemin inkiafına təkan verə biləcək addım kimi sayıla bilər: "Bu gün paytaxtda faktiki olaraq sənədsiz 500 min ətrafında olan mənzilin 350 mininin sənədləşdirilməsi mümkündür. Sənədləşdirmədən bələdiyyə büdcəsinə kifayət qədər maliyyə vəsaiti daxil ola bilər. Bununla yanaşı, hər il paytaxtın 52 bələdiyyəsi mənzillərin sənədləşdirilməməsi hesabına 10 milyon manata yaxın vəsaiti itirir".
QHT sədri bildirib ki, seminarın keçirilməsində əsas məqsəd vətəndaşları debatlar vasitəsi ilə maarifləndirilmək, əhalinin mülkiyyət hüquqlarının qorunması, qanunsuz mənzillərin tikintisinə maraq göstərən vətəndaşlara bu addımın gələcəkdə onlar üçün yaradacağı problemlər barədə izahat işlərinin aparılmasıdır.
Qeyd edək ki, layihənin yekunu olaraq televiziya kanallarının birində geniş auditoriya qarşısında müzakirə aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB