BP yalnız qazanmaq yolundan əl çəkməlidir

BP yalnız qazanmaq yolundan əl çəkməlidir

"BP-nin üzərinə götürdüyü öhdəliklər beynəlxalq müqavilə və hüquq normaları ilə tənzimlənir. İndiki şəraitdə BP-nin həmin öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur". Bunu SİA-ya açıqlamasında "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli dyeib. O bildirib ki, BP-nin istehsalı üzərinə götürdüyü öhdəlikdə olduğu kimi, həmin həddə saxlanılmalı, bunun üçün investisiya yatırılmalıdır. BP yalnız qazanmaq yolundan əl çəkməlidir.

"Əgər belə olmasa Azərbaycan üzərinə düşəni etməlidir. Bunun üçün Azərbaycanın müqavilənin şərtlərinə uyğun atacağı addımlar var. Bu addımlardan biri BP-nin konsersiumdan çıxarılması, müqavilənin şərtlərini yerinə yetirmədiyinə görə birtərəfli qaydada əməkdaşlığın dayandırılması və müqaviləyə son qoyulması ola bilər. BP şirkətinin Azərbaycana dəyən ziyanı ödəmək üçün beynəlxalq iqtisadi məhkəməyə verilməsi faktı da gündəmə gələ bilər. Şübhəsiz ki, bu arzuolunmayan prosesdir. Ancaq indiki şəraitdə bu öhdəliklərə əməl etməkdən başqa bir iş qalmır. Aparılan danışıqların müddəti və səslənən fikirlər sübuta yetirir ki, Azərbycan bu problemlərin həlli üçün kifayət qədər vaxt xərcləyib. İndi isə buna vaxt yoxdur və BP öz öhdəliklərini yerinə yetirməlidir", - deyə E.Mirzəbəyli əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə