Vüqar Rəhimzadə: "Forumda iştirak edən xarici qonaqlar ölkəmizdəki hərtərəfli inkişafın şahidi oldular"

Vüqar Rəhimzadə: "Forumda iştirak edən xarici qonaqlar ölkəmizdəki hərtərəfli inkişafın şahidi oldular"

Azərbaycan son dövrlərdə Beynəlxalq layihələrin reallaşdırılmasında və qlobal tədbirlərin həyata keçirilməsində çox mühüm addımlar atır. SİA-nın xəbərinə görə, bu sözləri SəsTV-yə müsahibəsində YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, ölkəmizdə bu forumun keçirilməsi çox böyük tarixi hadisə idi: "Dünyanın bir çox ölkəsindən təxminən 700-ə yaxın qonağın Forumda iştirakı Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün əlverişli bir şans idi. Forumun birinci günündə Prezident İlham Əliyevin iştirakı və çıxışı, eləcə də forumda dinlənilən digər çıxışlar Azərbaycan həqiqətlərinın təbliği üçün bir daha zəmin yaratdı. Beynəlxalq tədbirin açılış mərasimi çox möhtəşəm şəkildə həyata keçirildi. Maraqlı təkfilər və fikirlər səslənən forumda Azərbaycan mediasının aparıcı simaları da iştirak edirdi. Həmçinin dünyanın bir çox yerlərindən qəzet, jurnal, agentlik, televiziya nümayəndələri gəlmişdi".

V.Rəhimzadə bildirdi ki, forumda iştirak edən xarici qonaqlar ölkəmizdəki hərtərəfli inkişafın şahidi oldular: "Bu il keçirilən forum daha əhatəli təşkil edilmişdir. On beşə yaxın sabiq ölkə başçılarının, "Nobel" mükafatçılarının iştirakı bunu deməyə əsas verir. Azərbaycan iki il ərzində müsbət mənada dəyişib. Ölkəmiz təkcə regionda deyil dünyada söz sahibinə çevrilib. Forumda Ərəb ölkələrindən, Türkiyədən, Rusiyadan, Avropa ölkələr və dünyanın digər ölkələri təmsilçilərindən elektron media haqqında maraqlı fikirlər səsləndi. Bu gün internet mediaya ümumiyyətlə nəzarət olunmur".

Baş redaktor bildirib ki, Forumun Bakıda keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsidir. Biz bir vətəndaş olaraq buna sevinirik. Mən inanıram ki, bu cür tədbirlər davamlı olacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə